ABŞ prezidenti Co Bayden Varşavaya səfəri zamanı deyib ki, Polşa Rusiyadan hücumlar olacağı təqdirdə lazım gələrsə, ABŞ-ın köməyinə arxalana bilər.
Varşavada Prezident sarayında Polşa prezidenti Andjey Duda ilə görüşən Bayden “Sizin azadlığınız bizimdir” dedi.
İki lider ölkələrin Rusiya işğalına son qoymaq məqsədini vurğuladılar.
“Zamanlar çox çətin olsa da, bu gün Polşa-Amerika münasibətləri çiçəklənir”, – Duda bildirib.
Duda deyir ki, Baydenlə görüş zamanı o, digər məsələlərlə yanaşı, raketlər, döyüş təyyarələri və tankların alınmasının sürətləndirilməsi məsələsini qaldırıb.
Varşavada gün ərzində Bayden Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Oleksiy Reznikovla da danışıb. Reznikov Twitter-də yazıb ki, Baydenlə görüşdən sonra “ehtiyatlı nikbinlik” var.


























