Bayden bu gün Rusiya enerjisinə qadağa qoya bilər

0
50

ABŞ Rusiya nefti, mayeləşdirilmiş təbii qaz və kömürə idxal qadağası tətbiq edəcək. Bu barədə Bloomberg və NBC News məlumatlı mənbələr bildirib.

Məlumata görə, prezident Co Bayden yeni sanksiyanı artıq çərşənbə axşamı gecə təqdim edə bilər.

Qərar Avropadakı müttəfiqlərlə məsləhətləşərək verilməli idi, lakin ABŞ-ın təkbaşına hərəkət etməyi seçdiyi bildirilir. Daha əvvəl bildirilmişdi ki, Aİ Rusiyanın enerji təchizatından daha çox asılı olduğuna görə bu tədbirdə tərəddüd edir.

Reuters yazır ki, Birləşmiş Ştatlar indiyədək birbaşa Rusiya qazı və neftinə qarşı sanksiyalar tətbiq etməkdən yayınıb, çünki belə bir tədbir enerji qiymətlərinin daha da bahalaşmasına səbəb ola bilər.