Azərbaycan Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, bu təlim 3 ölkənin hərbi qulluqçuları və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçiriləcək və onun çərçivəsində strateji əhəmiyyətli layihələrin mühafizəsi üzrə missiyalar yerinə yetiriləcək.
Sözügedən açıqlamaya görə, bu təlim adıçəkilən 3 ölkənin silahlı qüvvələri arasında əməkdaşlığı gücləndirmək məqsədi ilə keçirilir və oktyabrın 6-dək davam edəcək.


























