Dünən, Azərbaycanın bir qrup milli fəalı Urmu gölünün qəsdən qurudulmasına, Azərbaycanın mədənlərinin və təbii sərvətlərinin qanunsuz istismarına , ayrı-seçkiliyə, yoxsulluğa, işsizliyə, hökumətin korrupsiyasına və azadlığın bərqərar olmasına etiraz ediblər.Azərbaycanın güneyində bir çox şəhərlərində başda Təbriz və Urmu olmaqla, etiraz bildirişləri yayaraq divarları rəngləyərək hökumətin ölkəmizi məhv etməyə çalışdığı bu kritik vəziyyətdə millətdən mübarizə meydanına çıxamasını müraciət ediblər. .
Qeyd edək ki, Şərif Texnologiya Universitetinin Urmu gölünün qəsdən qurudulmasının bu yayın sonuna qədər təsdiqləndiyi barədə xəbərindən sonra azərbaycanlı fəallar müxtəlif şəhərlərdə vərəqələr paylayaraq etiraz aksiyalarına və milli üsyana çağırıblar.