Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq Zəngilana səfər ediblər.
Şahin Mustafayev və Fərzanə Sadeq həyata keçirilən birgə infrastruktur layihələri, o cümlədən Ağbənd körpüsünün və Horadiz-Ağbənd dəmir yolunun tikintisi ilə tanış olacaqlar.
Bu infrastruktur layihələri Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu İran üzərindən Naxçıvanla birləşdirəcək Araz dəhlizi ilə əlaqədar həyata keçirilir.