İran Premyer Liqasının 25-ci həftəsində Azərbaycanın “Traxtor” komandası həlledici və möhtəşəm oyunda Təbrizdə “İstiqlal Tehran”ı 2:1 hesabı ilə məğlub etməyi bacarıb.
Stadionda yüz mindən çox “Traktor” azarkeşinin coşqulu iştirakı ilə keçirilən bu qarşılaşmada “Traxtor” komandasının heyətində hər iki qolu Əmirhüseyn Hüseynzadə vurub, “İsteğlal”ın yeganə qolunu isə “Traxtor” komandasının öz qapısından keçirməyən müdafiəçisi Şoca Xəlilzadə vurub.
Bu dəyərli qələbə ilə “Traktor Azərbaycan” digər rəqiblərindən bir oyun az və 54 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir.