İran Ali Məhkəməsi 2023-cü il yanvarın 7-də Azərbaycan səfirliyinə hücum edən Yasin Hüseynzadənin ölüm hökmünü qüvvədə saxlayıb.
Bu barədə İran məhkəmə sisteminin sözçüsü Əsgər Cahangir məlumat verib.
Onun sözlərinə görə, Ali Məhkəmə Yasin Hüseynzadənin ölüm hökmünü qüvvədə saxlayıb.
İran qanunlarına görə, bu hökm ancaq qurbanın ailəsinin (mərhumun qohumları – Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun ailəsini nəzərdə tutur) xahişi ilə icra oluna bilər.