Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Tehrana işgüzar səfəri çərçivəsində İran Prezidenti Məsud Pezeşkiyanla görüşüb.
Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını Məsud Pezeşkiyana çatdırıb.
APA-nın məlumatına görə, görüş zamanı Azərbaycan Respublikası ilə İran arasında münasibətlərin dostluq, mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan yeni məzmunda inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası ilə İran arasında nəqliyyat, enerji, neft-qaz sahələrində layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.