Bu iclasın protokolunu komissiyanın həmsədrləri Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev və İranın yollar və şəhərsalma naziri Fərzanə Sediq imzalayıblar.
Tərəflər nəqliyyat, enerji, neft-qaz, su ehtiyatları, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığa dair mühüm razılaşmalar əldə ediblər. Ölkələr arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün güzəştli ticarət sazişinin erkən imzalanması da müzakirə olunub.