Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Bakı və Tehran münasibətlərdəki gərginliyi azaltmaq üçün dialoqu davam etdirirlər.
H.Hacıyev qeyd edib ki, Azərbaycan və İran qonşudur və bu yaxınlarda Azərbaycanın İrandakı səfirliyinə hücum və diplomatik nümayəndəliyin əməkdaşının qətlə yetirilməsi münasibətlərimizdə gərginliyə səbəb olub.
Hazırda diplomatik kanallar cəlb olunub və İranın müvafiq rəsmiləri də Azərbaycanda səfərdədir”, – Hacıyev əlavə edib.
“Bu gərginliyi azaltmaq üçün xarici işlər nazirləri səviyyəsində dialoq davam edir”, – Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.