Azərbaycan 32, Ermənistan iki hərbçini azad edir

0
15

Azərbaycan və Ermənistanın rəsmi qurumları bir-birlərinin ərazisində saxladıqları hərbi qulluqçularının azad edilməsi ilə bağlı razılığa gəliblər.

Bu barədə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb.

“Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir. Ermənistan Respublikası, öz növbəsində, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq iki azərbaycanlı hərbçini azad edir”, – məlumatda bildirilir.

Habelə vurğulanır ki, Azərbaycan və Ermənistan yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər.

Ermənistana qaytarılması nəzərdə tutulan 32 nəfərdən 26-sı 2020-ci ilin dekabrında Hadrut istiqamətində, qalan altı nəfər isə müxtəlif vaxtlarda sərhəddə saxlanan şəxslərdir.

Məlumata görə, 32 nəfərlik siyahıya separatçıların rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan kimi şəxslər daxil deyil.