Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimi qəbul edib.

0
42

▪️Görüşdə Azərbaycanın antiterror tədbirlərindən sonra regionda vəziyyət, eləcə də humanitar yardım məsələləri müzakirə olunub.

▪️Ceyhun Bayramov regionda əsas təhlükə olan qanunsuz Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının sülhə və sabitliyə xidmət edəcəyini vurğulayıb. O, tərksilah prosesi, eləcə də Ermənistan sakinlərinin ehtiyaclarının ödənilməsi və onların reinteqrasiya edilməsi üçün Azərbaycanın həyata keçirdiyi tədbirlərdən danışıb. Qeyd olunub ki, Azərbaycana qarşı davam edən böhtan kampaniyasının heç bir əsası yoxdur və heç nə erməni sakinləri təhdid etmir. Nazir Azərbaycana qarşı irəli sürülən iddiaların əsassız olduğunu və bunu sübut etmək üçün Bakının BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisinin rəhbərliyi ilə BMT orqanlarının Qarabağ bölgəsinə səfərini təşkil etməyə hazır olduğunu vurğulayıb.

▪️Ceyhun Bayramov bildirib ki, beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə Azərbaycanın bütün səylərinə baxmayaraq, Ermənistan tərəfi sülh prosesinə mane olmaqda davam edir. O əlavə edib ki, Azərbaycan Ermənistanla ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət əsasında sülhün bərqərar olmasında maraqlıdır.