Ayxan Hacızadə Litva XİN-ə cavab verib:

0
18

“Erməni propaqandasına uymaq lazım deyil. Laçın yolunda Ermənistan üç ildir təxribatlar törədir, bununla bağlı Litva XİN-nin reaksiyasını görməmişik.

Ermənistanın təxribatlarının qarşısını almaq üçün Azərbaycan Laçın sərhəd-keçid məntəqəsi yaradıb və yüklərin daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edib.

Azərbaycan hər iki istiqamətdə erməni sakinlərinin keçidinə şərait yaradır.

Ermənistanı sülh prosesini pozmaqdansa, daha konstruktiv yanaşma nümayiş etdirməyə çağırmaq daha məqsədəuyğun olardı”.