Antalyada Türkiyə və Ukraynanın xarici işlər nazirləri arasında görüş olub

0
50

Antalya şəhərində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında görüş keçirilib.

Nazirlər əvvəlcə ikitərəfli, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə görüşüblər.

Qeyd edək ki, bu gün Antalya Diplomatik Forumu çərçivəsində Türkiyənin vasitəçilik missiyası ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kulebanı arasında üçtərəfli görüş keçiriləcək.