Anonymous Rusiya mərkəzi bankının 35 min faylını yaymaqla hədələyir

0
47

Anonymous adı ilə tanınan haker şəbəkəsi Rusiya mərkəzi bankını sındırdığını iddia edir və indi həssas məlumatları sızdırmaqla hədələyir, TT yazır.

Xəbər xidmətinin məlumatına görə, bunlar “gizli razılaşmalar”ın yer aldığı 35 min fayldır. Hakerlər faylları yaxın iki gün ərzində dərc edə bilərlər.
Mətndə Rusiyanın məlumatın ictimaiyyətə çatdırılmasının qarşısını almaq üçün nə etməli olduğu göstərilmir.