Almaniyanın əvvəllər Ukraynaya hərbi yardım etməməsi səhv idi. BBC-nin məlumatına görə, bunu ölkənin Yaşıllar Partiyasından olan kanslerin müavini Robert Habek ictimai xidmət kanalı Zweites Deutsches Fernsehen-ə deyib.
“Aydındır ki, biz Ukraynanı daha əvvəl hərbi cəhətdən dəstəkləməliydik və mən günlər və ya həftələr yox, illər haqqında danışıram”, o deyir.
Almaniyanın Angela Merkel dövründəki əvvəlki hökuməti Rusiya ilə əlaqələri, xüsusən də Almaniyanı Rusiya enerjisindən asılı vəziyyətə saldığı üçün tənqid edilib.
Sosial Demokrat SPD-dən olan hazırkı kansler Olaf Şolz da Ukraynaya ağır silahlar göndərməkdən imtina etdiyinə görə kəskin tənqidlə üzləşib – bu tənqidlər digərləri ilə yanaşı, Yaşıllar Partiyasından olan xarici işlər naziri Annalena Baerbock tərəfindən də gəlib.