Almaniya Aİ-nin Rusiyadan neft idxalına qadağa qoyulması təklifinə qarşıdır. Bu barədə ölkənin sözçüsü Reuters agentliyinə məlumat verib.
Eyni zamanda, almanlar Putinin rublla ödəniş tələbinə qarşı çıxır, xəbər agentliyi yazır.
İqtisadçılar Bloomberg-ə deyirlər ki, Rusiya enerjisinin kəsiləcəyi təqdirdə Almaniya qarşıdakı iki il ərzində 240 milyard dollar itirə bilər. Çünki ölkənin sənayesi Rusiyadan gələn neft və qazdan çox asılıdır.


























