ABŞ Donbas bölgəsində Rusiyaya qarşı mübarizəni dəstəkləmək üçün Ukrayna hərbçilərini kəşfiyyat məlumatları ilə təmin edir. AFP-nin məlumatına görə, bunu dünən Konqresdə komitə dinləmələri zamanı ABŞ-ın müdafiə naziri Lloyd Ostin təsdiqləyib.
CNN-in məlumatına görə, ilk dəfədir ki, ABŞ nümayəndəsi separatçıların nəzarətində olan şərq bölgələrində ABŞ-ın Ukraynaya yardım etdiyini açıq şəkildə təsdiqləyir. Müdafiə mənbəsi CNN-ə bildirib ki, məlumatların bir hissəsi “demək olar ki, real vaxt rejimində” yayılır.


























