ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarını Almaniyadan çıxarmaq, sonra isə onları Macarıstana yerləşdirmək imkanını nəzərdən keçirir.
“Report” xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” nəşri Tramp administrasiyasına yaxın mənbələrə istinadən məlumat yayıb.
Hazırda Almaniyada 35 min amerikalı hərbçi xidmət edir. “Tramp qəzəblidir ki, onlar Avropada müharibənin tərəfdarı kimi görünür”, – mənbə nəşrə bildirib.
Macarıstanın xeyrinə seçim ölkənin Baş naziri Viktor Orbanın Ukrayna münaqişənin həlli ilə bağlı mövqeyi ola bilər. Nəşr onu da qeyd edib ki, Tramp Amerika qoşunlarını NATO-nun müdafiə xərcləri hədəflərinə çatan ölkələrə yerləşdirməyi və onların sayını artırmağı planlaşdırır.