Tramp ABŞ-nin Ukrayna danışıqlarından çıxmasının şərtini açıqlayıb

0
6

Moskva və Kiyev Ukrayna ilə bağlı danışıqlarda sabotaj etsə, ABŞ bu müzakirələrdən geri çəkilə bilər.

“Report” NBC News-a istinadən xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Vaşinqton Rusiya-Ukrayna müharibəsinə son qoymaq istəyir.

“Dövlət katibi Mark Rubio ABŞ-nin Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq istədiyini deyəndə haqlı idi. Söhbət burada insanların ölməsindən gedir. İdeal olaraq, biz bunu dayandıracağıq. İndi, əgər nədənsə iki tərəfdən biri bunu çox çətinləşdirsə, biz sadəcə olaraq deyəcəyik: “Sən axmaqsan, sən axmaqsan, biz getdik. Amma ümid edirəm ki, bunu etməyə məcbur olmayacağıq”, – Tramp vurğulayıb.