Ukraynanın paytaxtı Kiyevin Kramatorsk şəhərində güclü partlayış səsləri eşidilib

0
23

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Donbas bölgəsində xüsusi hərbi əməliyyat elan edib
Ceyhun Əliyev |
24.02.2022
Kramatorsk, Ukrayna

Ukraynanın paytaxtı Kiyevdə güclü partlayış, cümə axşamı səhər saatlarında ölkənin şərqindəki Donbas bölgəsindəki Kramatorsk şəhərində ən azı iki güclü partlayış səsi eşidilib.

Kramatorsk hazırda çoxlu xarici mətbuat mənsublarının təmas xəttindəki son hadisələri izlədiyi bir şəhərdir.

Xarkov, Mariupol, Nikolaiv və Odessa şəhərlərində də partlayışlar qeydə alınıb.

Ukraynanın yerli hakimiyyət orqanları “işğalın başladığını” bildirib və əlavə edib ki, partlayışlar “raket zərbələridir”.

Partlayışlardan sonra ölənlər barədə ətraflı məlumat verilməyib.

Rusiya qoşunlarının rusiyapərəst separatçıların nəzarətində olan əraziləri keçib-keçməməsi ilə bağlı rəsmi açıqlamalar hələ gəlməyib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin Donbasda xüsusi hərbi əməliyyat elan edib.