İSNA xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Tehrana səfəri zamanı bu gün İranın xarici işlər naziri Abbas Əraqçı ilə görüşüb.
Məlumata görə, görüş İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzində keçirilib.