Məsud Pezeşkian: “Regionda vəziyyət nəzarətdən çıxa bilər”

0
20

İsrailin davranışı regionda vəziyyətin nəzarətdən çıxmasına gətirib çıxara bilər.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşdə bildirib.

Prezidentlər görüş zamanı əsasən regiondakı vəziyyəti müzakirə ediblər.