Bakı, 2 iyul
Cari ilin ilk 6 ayında Azərbaycan Respublikasının ərazisinə daxil olmuş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1 milyon 231 min 350 nəfər olub.
Bu haqda mətbuatın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətinin mətbuat haqqında məlumat verilib.
Bildirilib ki, 2024-cü ilin ilk 6 ayı ərzində ölkə ərazisinə daxil olmuş şəxslər Rusiya, Türkiyə və digər 187 ölkənin vətəndaşlarıdır.
Hesabat dövrü ərzində iş icazəsinin əldə edilməsi ilə bağlı Dövlət Miqrasiya xidmətinə daxil olmuş müraciətlərin sayı 6 min 124 olub.
Bundan əlavə, cari ilin 6 ay ərzində qaçqın statusunun verilməsi ilə bağlı 95 (ailə ilə birlikdə 154) əcnəbinin vəsatəti Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınıb.