ABŞ Yəməndə husilərin 16 obyektinə zərbələr endirib

0
13

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) Yəməndə husilərin 16 obyektindəki 60-dan çox hədəfə zərbələr endirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, xüsusilə, sursat anbarlarına və buraxılış qurğularına hücumlar həyata keçirilib.