Prezident İlham Əliyev Paşinyanla Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib

0
10

Rusiyanın Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla ayaqüstü söhbəti olub.

“Report” xəbər verir ki, söhbət əsnasında Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə edilib.