ABŞ Prezidenti Cozef Bayden İsrailə səfərinin əsas məqsədlərini açıqlayıb.

0
16

Bu barədə ABŞ Prezidenti “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Çərşənbə günü mən HƏMAS-ın amansız terror hücumu qarşısında həmrəy olmaq üçün İsrailə gedəcəyəm. Daha sonra kəskin humanitar ehtiyacları həll etmək, liderlərlə görüşmək və HƏMAS-ın fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu müdafiə etmədiyini aydınlaşdırmaq üçün İordaniyaya gedəcəyəm”, – Bayden qeyd edib.