İranda həbsdə olan Azərbaycan Respublikası vətəndaşı Validə Yusifova azad edilərək Astara sərhəd-keçid məntəqəsində Azərbaycan tərəfinə təhvil verilib.
Validə Yusifova iki il əvvəl Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin qərarı ilə “casusluq ittihamı” ilə həbs edilib.