İrəvandan Qarabağa humanitar yük karvanı yola salınıb

0
15

Karvan Kornidzor istiqamətində irəliləməli və Laçın keçid məntəqəsindən Qarabağa daxil olmalıdır.

Azərbaycan Dövlət Sərhəd Xidməti ötən axşam bildirib ki, Ermənistan tərəfindən təxribat hazırlanır.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, iyulun 26-da Ermənistan tərəfdən “Laçın” buraxılış məntəqəsində “növbəti təxribat aktı planlaşdırılır”.

Dövlət Sərhəd Xidməti Ermənistan tərəfini bu kimi təxribat məqsədi daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırıb.

“Bir daha bildiririk ki, mümkün təxribat əməllərinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşəcək”, – Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.

Azərbaycan tərəfi humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif edib.