Putin Cənubi Afrikaya getməyəcək

0
13

Vladimir Putin BRİKS-in Cənubi Afrikadakı görüşünə getməyəcək. Reuters xəbər verir ki, bu barədə Cənubi Afrika hökuməti məlumat yayıb.

Əvəzində ölkələr arasında keçiriləcək sammitdə Rusiyanın xarici işlər naziri Lavrov iştirak edəcək.

Dünən gecə məlum olub ki, Cənubi Afrika Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) Putinin görüşdə iştirak edəcəyi təqdirdə onun həbs edilməsi tələblərinə istisna edilməsini istəyib.