Qərb kəşfiyyat mənbələri New York Times-a bildiriblər ki, Ukraynanın Xerson vilayətində Dnepr çayı üzərindən keçən dörd ən mühüm körpünü dağıtmasından sonra minlərlə rus əsgəri tamamilə təcrid olunmaq riski ilə üzləşib.
Təchizat xətti kəsildiyi üçün qərb tərəfdə olan əsgərlər qida və digər təchizatlardan kəsilmək təhlükəsi ilə üzləşib. Mənbələrin sözlərinə görə, körpülərin dağıdılması Ukraynanın dəyişdirilmiş strategiyasının bir hissəsidir.
Ukrayna körpüləri dağıtmaqla Rusiyanın irəliləyişini ləngitməyə müvəffəq oldu. AP yazır ki, dünən Ukrayna dörd körpünün sonuncusunu vurduğunu iddia etdi.