Böyük Britaniya Müdafiə Nazirliyi müharibə ilə bağlı gündəlik yeniləməsində yazır ki, Rusiyanın müharibənin ilk üç ayında o vaxtkı Sovet İttifaqının Əfqanıstanda doqquz illik müharibəsi zamanı olduğu qədər çox sayda rus əsgəri həlak ola bilər.
BBC yazır ki, Əfqanıstanda 1979-1989-cu illərdə davam edən müharibə Sovet İttifaqının 15 min əsgərini itirməsinə səbəb olub.
Böyük Britaniya Müdafiə Nazirliyi ölənlərin sayının çoxluğunu məhdud hava əhatə dairəsi və elastikliyin olmaması da daxil olmaqla bir neçə amilin birləşməsi ilə izah edir. Bundan əlavə, onlar ölənlərin sayının artmasının rus xalqı arasında müharibəyə müqavimətin artmasına səbəb ola biləcəyini proqnozlaşdırırlar.