ABŞ dövlət katibi Antoni Blinkenin Avropadakı müttəfiqlərinə Rusiyanın Ukraynaya qarşı müharibəsinin 2022-ci ilin sonuna qədər davam edə biləcəyi barədə xəbərdarlıq etdiyi deyilir.İki Avropa mənbəsi CNN-ə bildirib.
Son zamanlar getdikcə daha çox bəyanatlar Qərbin uzun sürən müharibə gözlədiyinə işarə edir. Cümə axşamı ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan deyib ki, Ukraynadakı döyüşlər çox güman ki, “bir neçə ay və ya daha çox” davam edəcək və CNN-in məlumatına görə, ABŞ Konqresindəki bəzi siyasətçilər sakitcə üç illik Koreya müharibəsi ilə paralellər aparırlar.