Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) bu gün Ukraynadakı müharibə ilə bağlı hökm çıxaracağı gözlənilir. İddia Ukraynanın Rusiyaya işğalı dərhal dayandırmağı əmr etməsi tələbindən sonra qaldırılıb.
“Rusiya dayandırılmalıdır və məhkəmənin də onun dayandırılmasında rolu var”, – Ukrayna nümayəndəsi Anton Koryneviç Beynəlxalq Məhkəməyə deyib.
Ukrayna hesab edir ki, Rusiya işğalına haqq qazandırmaq üçün bu ölkəni separatçı Donetsk və Luqansk bölgələrində yalandan soyqırımda ittiham edib.
Hökm Avropa Mərkəzi vaxtı ilə saat 16:00-da gözlənilir.