Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
3 saat 10 dəqiqə davam edən toplantının ardından yazılı açıqlama yayımlanıb.
Sənəddə terrorla mübarizə məsələsi ön plana çıxarılıb.
Həmçinin, Yunanıstana xəbərdarlıq edilərək, Egey dənizində qanun pozuntularının davam etdirilməsinin qəbuledilməz olduğu vurğulanıb.