Ərdoğan: Türkiyə Ukraynanın tərəfindədir
Written by Mir on August 19, 2022
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Ukraynanın yanında olduğunu və döyüşlərə son qoymaq üçün diplomatik səylərini davam etdirəcəyini bildirib.
O, bu barədə cümə axşamı Ukraynanın qərbində Lvovda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra verdiyi açıqlamada bildirib.
“Biz həll yolu tapmaq üçün səylərimizi davam etdirərkən, biz ukraynalı dostlarımızın tərəfində qalırıq”, – deyə Ərdoğan bildirib.
Bəyanat prezidentin Rusiya ilə siyasi və iqtisadi əməkdaşlığı gücləndirmək vədindən cəmi iki həftə sonraya təsadüf edir.
Türkiyə lideri həmçinin söz verir ki, Türkiyə Ukrayna yollarının, körpülərinin və digər infrastrukturun bərpasına kömək edəcək.
O, həmçinin Rusiyanın işğalı altında olan Zaporijjya AES-də “başqa Çernobıl” adlandırdığı qəzanın baş verə biləcəyi riskindən xəbərdar idi.